...

Azərbaycanın Baş prokuroru general-leytenant Rail Rzayevin qətlini törədən şəxslərin ifşa olunacağına əmindir

Cəmiyyət Materials 1 Oktyabr 2010 11:10 (UTC +04:00)
Azərbaycanın Baş prokuroru Zakir Qaralov general-leytenant Rail Rzayevin qətlini törədən və təşkil edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb ediləcəyinə əmindir.
Azərbaycanın Baş prokuroru general-leytenant Rail Rzayevin qətlini törədən  şəxslərin ifşa olunacağına əmindir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanın Baş prokuroru Zakir Qaralov general-leytenant Rail Rzayevin qətlini törədən və təşkil edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb ediləcəyinə əmindir.

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu yaradılıb. "Vaxt gələcək, bu cinayəti törədən və təşkil edən şəxslər ifşa olunacaq və məsuliyyətə cəlb ediləcəklər", - bunu jurnalistlərə cümə günü Baş prokuror Zakir Qaralov bildirib.

Qaralov həm Daxili İşlər Nazirliyi, həm Milli Təhlükəsizlik Nazirliyi, həm Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən həftədə bir dəfə bu cinayət işinin açılmasının təmin olunması üçün Baş prokurorun birinci müavini Rüstəm Usubovun sədrliyi ilə müzakirələrin keçirildiyini bildirib.

"Əgər iş üzrə bu dərəcədə intensiv hərəkətlər aparılmasaydı, bu iş ətrafında olan digər cinayətlərin açılması da təmin olunmazdı", - Baş prokuror bildirib.

Onun sözlərinə görə, işin açılması üçün xarici ölkələrdən ekspertlər dəvət olunub və müvafiq ekspertizalar keçirilir.

"İstintaq daim mənim şəxsi nəzarətimdədir", - Qaralov bildirib.

Xəbər lenti

Xəbər lenti