...

Moskva Dövlət Universitetində tələbələrin Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru ilə görüşü keçirilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Oktyabr 2010 22:45 (UTC +04:00)
Çərşənbə axşamı Moskva Dövlət Universitetində (MDU) tələbələrin Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktoru İlqar Hüseynov ilə görüşü keçirilib.
Moskva Dövlət Universitetində tələbələrin Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru ilə görüşü keçirilib (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Təfərrüatlar əlavə olunub (dördüncü-yeddinci abzaslar)

Rusiya, Moskva, 5 oktyabr /Trend, xüsusi müxbir Y.Kriştalev/

Çərşənbə axşamı Moskva Dövlət Universitetində (MDU) tələbələrin Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktoru İlqar Hüseynov ilə görüşü keçirilib. Söhbət zamanı  RusiyaAzərbaycanın informasiya mübadiləsi sahəsində əməkdaşlığı, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri, eləcə də ölkələr arasında humanitar əməkdaşlığın ümumi aspektləri məsələlərinə toxunulub.

Moskva Dövlət Universitetinin tarix fakültəsində tələbələrlə ünsiyyətdən sonra Rusiya və Azərbaycan münasibətlərinə, siyasi sistem və elitaların Azərbaycanda və digər postsovet məkanı ölkələrində keçiriləcək parlament seçkiləri şəraitində modernləşdirilməsi məsələlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib. MDU-da bu və ya digər mövzuların müzakirəsi üçün Heydər Əliyev Fondunun, Azərbaycan səfirliyinin nümayəndələri, siyasi elmlər və sosiologiya sahəsində alim və ekspertlər toplaşıblar. Tədbirdə Rusiya Dövlət Humanitar Universiteti yanında  Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev də iştirak edib, "dəyirmi masa"nın vasitəçisi qismində "Qafqaz Xəbərləri" Analitik-İnformasiya Agentliyinin baş redaktoru  Aleksey Vlasov çıxış edib.

Auditoriyanın suallarına cavab verən İlqar Huseynov Dağlıq Qarabağ münaqişəsi məsələsinə, Azərbaycanın siyasi və iqtisadi inkişafına, həmçinin, xaricdə təhsil alan gənclərin roluna toxunub.

Çıxış edənlərin ümumi fikirinə görə, noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərində sensasiya və xüsusən də qalmaqal baş verməyəcək. Ekspert Qriqori Trofimçukun fikirinə görə, parlament seçkiləri məsələsində maraqlı olan məqam, müxalifətin nə təklif edə biləcəyidir. "Amma təhlil onu göstərir ki, müxalifət hələ konstruktiv və fərqli heç bir şey təklif edə bilmir"- deyə,  Trofimçuk deyib.

"Müxalifətin təklif etdiyi sürətli avrointeqrasiya nöqteyi-nəzərinə gəldikdə isə, burada da çox sual qalır. Xüsusilə də Avropa İttifaqının yaşadığı indiki böhran və digər ölkələrin təcrübəsi göstərir ki, Aİ-yə üzv olan dövlətlərdə vəziyyət əsasən yaxşılaşmır, Brüssel isə pul paylamır", - ekspert hesab edir. Trofimçukun sözlərinə görə, siyasi müasirləşdirmə siyasi sistemin qurulmasının mövcüd olan prinsiplərinin dondurulmasından yox, Cənubi Qafqaz və Mərkəzi Asiyada gizlənən risklər və problemlərin duymaqdan ibarətdir.

Aleksey Vlasov qeyd edib ki, bizim cəmiyyətlərimiz nəsillərin dəyişməsi və siyasi transformasiyalar dövrünə başlayır. Burada isə elitanın içində meydana gələcək və daxili xarakter daşıyacaq münaqişələr qaçılmazdır. Münasibətlər sistemləri rəqabət olmadan effektiv fəaliyyət göstərə bilməyəcəklər. Ekspertin fikirinə görə, siyasi elitaların vəzifəsi bu münaqişələrin azaldılması, onların pozitiv, qeyri-dağıdıcı formada keçməsi üçün şərait yaratmaqdır.

"Əgər hadisə barədə iki nöqteyi-nəzər yoxdursa, qalan şeylər qeyri-funksional ola bilər. Elitanın ierarxiyası problematik ola bilər. Sistem layihələrin rəqabəti üçün şəraitin yaradılmasını tələb edəcək. Hələ ki bu tamamilə istifadə olunmur. Ölkələrimiz arasında bu sahədə təcrübə mübadiləsi səhv və böhranlardan qaçınmaq üçün yararlı ola bilər", - baş redaktor deyib.

Xəbər lenti

Xəbər lenti