...

Bakı Slavyan Universitetində Çexiya Mədəniyyəti Mərkəzi açılıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 14 Oktyabr 2010 10:26 (UTC +04:00)
Çərşənbə günü Bakı Slavyan Universitetində Çex dili və Mədəniyyəti Mərkəzi açılıb.
Bakı Slavyan Universitetində Çexiya Mədəniyyəti Mərkəzi açılıb (FOTO) (ƏLAVƏ OLUNUB)

RED.ƏLAV.: Təfərrüatlar və səfirin sözləri əlavə olunub

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Çərşənbə günü Bakı Slavyan Universitetində Çex dili və Mədəniyyəti Mərkəzi açılıb.

"Mən inanıram ki, bu Mərkəzin yaradılması Azərbaycanda çex dilinin və mədəniyyətinin yayılmasına, bogemistikanın inkişafına xidmət edəcək, Çexiyanın ənənələri barədə bilikləri genişləndirəcək və bizim ölkələr arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafında növbəti addım olacaqdır", - açılış mərasimində Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula bildirib.    

Bakı Slavyan Universitetində Çexiya Mərkəzi Bakıda Çexiya Respublikası Səfirliyinin fəaliyyəyə başlamasından yarım il sonra açılıb. Səfirlik rəsmi olaraq mayda açılıb. Bakı Slavyan Universitetində Yunanıstan, Bolqarıstan, Ukrayna, Polşa, Türkiyə və Rusiya mərkəzləri də fəaliyyət göstərir.

Mərkəz Çexiya və Azərbaycan şirkətlərinin maliyyə dəstəyi ilə yaradılıb. Onlar arasında OHL ZS (Bakı - şimal sərhədi avtomobil yolunun tikintisində iştirak edən Çexiyanın tikinti şirkəti) və Azərbaycanın "Caspian Investment Company" də şirkəti var.

Çex dili BSU-nin iki fakültəsində - tərcümə və regionşünaslıq fakültələrində tədris olunur. Hər il Çexiya üzrə mütəxəssis buraxan BSU-nun bütün fakültələrində 50-yə yaxın tələbə təhsil alır. Hər iki fakültə BSU-da on ilə yaxın müddət ərzində fəaliyyət göstərir.
 
"Mərkəzdə çex dilinin öyrənilməsi üzrə məşğələlərlə yanaşı, müxtəlif mədəni tədbirlərin keçirilməsi, Çexiyanın tarixi və mədəniyyəti, adət və ənənələri lə bağlı olan tarixi günlərin qeyd edilməsi, siyasi, elmi və mədəni mühitin nümayəndələri ilə görüşlər, tematik söhbət və mühazirələrin keçirilməsi planlaşdırılır", - Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula açılış mərasimində deyib.

Mərkəzin açılışında Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan təhsil nazirinin müavini Elmar Qasımov, Xarici İşlər Nazirliyinin nümayəndəsi Məmməd Əliyev, universitetin elmi şurasının üzvləri, tələbə və qonaqlar da iştirak ediblər.

"Ümid edirəm ki, Mərkəzin açılması BSU-da çex dilini öyrənən tələbələrə aktiv fəaliyyət üçün təkan verəcək. İndi tələbələr hiss edəcəklər ki, öyrəndikləri regiona maraq vardır", - BSU-nun rektoru Kamal Abdullayev bildirib.

"Hal-hazırda Mərkəzdə 100-ə yaxın kitab vardır. Onların arasında 50-60-ı müasir çex dili dərslikləri, 30-a yaxını həm çex dilindən rus dilinə, həm də çex dilindən ingilis dilinə olan lüğətlər, habelə müəllimlər üçün bədii ədəbiyyat və metodik vəsaitlər vardır", - səfir Trend-ə bildirib.

Onun sözlərinə görə, bu siyahını ardıcıl genişləndirmək və müxtəlifləşdirmək planlaşdırılır.

Keçən ilin mart ayından bəri səfirin həyat yoldaşı İveta Matula BSU-da çex dili və ədəbiyyatı kursunu tədris edir. Həmin kurs məcburi proqrama daxildir. Hal-hazırkı mərhələdə İveta Matula bu dilin daşıyıcısı olan BSU-nun yeganə müəllimidir. Səfirin sözlərinə görə, uzunmüddətli perspektivdə Bakıya çex mühazirəçisini bir il müddətinə gətirmək planları vardır.

Səfir Mərkəzə hədiyyə qismində çex dilində məşhur çex kinorejissoru, Oskar mükafatı qalibi Yan Svyerakın dörd filmini bağışlayıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı

Xəbər lenti

Xəbər lenti