...

Berlində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 15 Oktyabr 2010 18:01 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, “Güc, təcavüz və müharibə sülhə və rifaha aparan yol deyil” adlı tədbirdə Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya parlamentinin deputatları, müxtəlif ictimai təşkilatların nümayəndələri, eləcə də Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Berlində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir T.Hacıyev/ Berlində Almaniya Bundestaqının mətbuat zalında Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyəti Dağlıq Qarabağ (DQ) münaqişəsinə həsr olunmuş tədbir keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, "Güc, təcavüz və müharibə sülhə və rifaha aparan yol deyil" adlı tədbirdə Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya parlamentinin deputatları, müxtəlif ictimai təşkilatların nümayəndələri, eləcə də Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Tədbirə Alman Dalğası (Deutsche Welle) media qurumunun əməkdaşı Luts Layxtfus moderatorluq edib, Almaniya Bundestaqının deputatı Karl Qeorq Velman və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə-Patzer İsmayılova isə məruzə ilə çıxış ediblər. Tədbiri açan Almaniya Bundestaqının keçmiş üzvü və Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin icraçı direktoru E.Lintner Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında saxladığını, son dövrlərdə sülhə nail olunması məqsədi ilə beynəlxalq ictimaiyyətinin göstərdiyi səylərin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe üzündən hələ də nəticə vermədiyini bildirib. O, güc tədbiqinin, təcavüzün müasir dünyada qəbul olunmadığını və bu yolla sərhədləri dəyişdirməyin və ya yeni torpaqların əldə olunmasının qeyri-mümkünlüyünü vurğrlayıb.

Sonra çıxış edən Bundestaqın üzvü Karl-Qeorq Velman Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların dalana dirənməsinin təmsil etdiyi qurumda narahatlıq doğurduğunu və ən yaxın zamanda danışıqlarda irəliləyiş əldə olunmasını arzu etdiklərini bildirib. Bu ilin dekabr ayında ATƏT-in Astanada növbəti sammitinin keçiriləcəyini qeyd edən Bundestaq üzvü bu görüşdə AFR-in Ferderal Kansleri Anqela Merkelin də iştirak edəcəyini və müzakirə mövzularından birinin də Qafqazdakı münaqişələr olacağını ifadə edib. O, bu görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı müəyyən irəliləyişə nail olacağına ümid etdiklərini söyləyib. Bundan əlavə, o qeyd edib ki, son proseslər bu münaqişə həll olunmadan Türkiyə-Ermənistan səhədlərinin açılmasına inanmağın əbəs olduğunu göstərir. Bundestaq deputatının fikrincə, Qarabağ münaqişəsinin həll olunacağı təqdirdə Ermənistanın hər iki ölkə ilə münasibətləri yaxşılaşacaq və iqtisadi rifaha nail olunacaq. Daha sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə-Patzer İsmayılovanın "Dağlıq-Qarabağ münaqişəsi - faktlar və nəticələr" mövzusunda məruzəsi dinlənilib. O münaqişənin yaratdığı fəlakətlərdən statistik faktlarla danışıb, bu münaqişənin Qərbi Avropaya təsirindən danışıb. Müzakirələr zamanı çıxış edən Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların son durumu barədə məlumat verib. O, Minsk Qrupunun irəli sürdüyü yeniləşmiş Madrid prinsiplərinin Azərbaycan tərəfindən qəbul olunduğunu, Ermənistan tərəfindən isə hələ də qəbul olunmadığını bildirərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün həm Avropa İttifaqının, həm də Almaniyanın Ermənistana təzyiq etməsinin vacibliyini diqqətə çatdırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti