...

Kür çayında biogen maddələrin sayı normadan dəfələrlə artıqdır – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 24 Yanvar 2011 11:31 (UTC +04:00)
Yanvarın ikinci ongünlüyündə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Moniorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin onların transsərhəd qollarında suyun çirklilik səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə növbəti monitorinqi həyata keçirib. Bu barədə bazar ertəsi Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Kür çayında biogen maddələrin sayı normadan dəfələrlə artıqdır – Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir М.Əliyev/

Yanvarın ikinci ongünlüyündə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Moniorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin onların transsərhəd qollarında suyun çirklilik səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə növbəti monitorinqi həyata keçirib. Bu barədə bazar ertəsi Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

2011-ci il yanvarın ikinci on günlüyündə Kür çayının sərfi birinci ongünlüklə müqayisədə saniyədə iki kubmetr azalaraq 124 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərində məişət tullantıları və sənaye müəssisələrinin çirklənmiş suları təmizlənməmiş halda bilavasitə su mənbələrinə axıdılır, buna görə də Kür çayında biogen maddələrin sayı normadan dəfələrlə çox olur.

Monitorinqin nəticələrinə əsasən, Araz çayında suyun sərfi saniyədə 8 kubmetr azalaraq 73 kubmetr təşkil edib.

Bütün məntəqələrdə oksigen rejimi bir litr suya 5,75-6,82 mq çərçivəsindədir ki, bu da sanitar normalara uyğundur.

Xəbər lenti

Xəbər lenti