...

Azərbaycan Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu ilə bağlı qərar qəbul edib

Cəmiyyət Materials 1 Fevral 2011 10:16 (UTC +04:00)
Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, qərarda qeyd olunur ki, məhkum olunmuş şəxsdən yalnız cinayət nəticəsində vurulmuş zərər tutulmalı olduğundan, həmin şəxsdən maliyyə sanksiyalarının və faizlərin tutulmasına yol verilmir.
Azərbaycan Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu ilə bağlı qərar qəbul edib

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu və 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin müraciəti ilə bağlı qərar qəbul edib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, qərarda qeyd olunur ki, məhkum olunmuş şəxsdən yalnız cinayət nəticəsində vurulmuş zərər tutulmalı olduğundan, həmin şəxsdən maliyyə sanksiyalarının və faizlərin tutulmasına yol verilmir.

Vergi cinayətlərinə dair qəbul olunmuş hökmün mülki iddiaya aid olan hissəsi maliyyə sanksiyalarının və faizlərin tutulması ilə eyni predmeti təşkil etmədiyindən, Vergi Məcəlləsinin 52-ci maddəsinə uyğun olaraq, həmin faizlər və maliyyə sanksiyalarının tutulması həmin Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında həyata keçirilir.

Vergi orqanlarının müflisləşmə prosesində dövlət maraqlarını təmsil etmək hüququna malik olmalarını nəzərə alaraq, "Müflisləşmə və iflas haqqında" qanunda həmin orqanların müflisləşmə prosesində hüquqi statusunun dəqiqləşdirilməsi, belə hüququn həyata keçirilməsinin xüsusiyyətlərinin tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.

Hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul edilərək, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.

Xəbər lenti

Xəbər lenti