...

BMT-nin baş katibi bütün etiqadlardan olan insanlarla davamlı əməkdaşlığa ümid edir

Cəmiyyət Materials 2 Fevral 2011 12:53 (UTC +04:00)
Mən hər kəs üçün harmoniya və ləyaqət yolunu tapmaqdan ötrü bütün etiqadlardan olan insanlarla davamlı əməkdaşlığa ümid edirəm. Trend-in məlumatına görə, bu sözləri BMT-nin baş katibi Pan Gi Mun I Ümumdünya Etiqadlararası Harmoniya Həftəsi münasibətilə yayılan müraciətində deyib.
BMT-nin baş katibi bütün etiqadlardan olan insanlarla davamlı əməkdaşlığa ümid edir

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Mən hər kəs üçün harmoniya və ləyaqət yolunu tapmaqdan ötrü bütün etiqadlardan olan insanlarla davamlı əməkdaşlığa ümid edirəm. Trend-in məlumatına görə, bu sözləri BMT-nin baş katibi Pan Gi Mun I Ümumdünya Etiqadlararası Harmoniya Həftəsi münasibətilə yayılan müraciətində deyib.

Baş katib bildirib ki, Harmoniya Həftəsi müxtəlif etiqad və inancları qəbul etmiş insanlar arasında qarşılıqlı hörmət və anlayışı təbliğ etmək üçün dünyanın hər yerində dini liderlər, etiqadlararası hərəkatlar və ayrı-ayrı fərdlərin göstərdikləri səylərə qlobal səviyyədə diqqət yönəltmək üçün bir imkandır. Bu tərəfdaşlar Birləşmiş Millətlər Təşkilatının sülh naminə göstərdiyi səylərə dəstək verilməsində əvəzedilməz rol oynayırlar.

Onun sözlərinə görə, bu həftəni qeyd etməklə BMT Baş Assambleyası bütün dövlətləri fevralın ilk həftəsi "hər kəsin öz dini ənənə və inanclarına uyğun olaraq Tanrıya və öz yaxınına olan sevgi, yaxud yaxşılıq və qonşusuna olan sevgiyə əsaslanaraq, dünyanın bütün kilsə, məscid, sinaqoq, məbəd və digər ibadət yerlərində etiqadlararası harmoniya və xeyirxahlıq ideyalarını" yaymağa dəvət edir.

"Ortaq təhlükələrlə üz-üzə gəlmək və ümumi imkanlardan faydalanmaq məqsədi ilə bəşər ailəsinin qlobal səviyyədə əməkdaşlıq etməsi üçün fərqliliklərə hörmət və dinc dialoq çox vacibdir. Buna görə də dövlətlər, vətəndaş cəmiyyəti və digər tərəflərin icmalar və fərdlər arasında inam yaratmaq cəhdləri Sivilizasiyalar Alyansından tutmuş insan hüquqlarını qorumaq, sosial birliyi təbliğ etmək və sülh mədəniyyətini yaratmağa qədər geniş əhatəyə malik bir çox BMT təşəbbüslərində mərkəzi rol oynayır", - Pan Gi Mun deyib.

Xəbər lenti

Xəbər lenti