...

Azərbaycanda qanunsuz ov edən 8 nəfər saxlanılıb

Cəmiyyət Materials 23 Fevral 2011 10:43 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən Azərbaycanda qanunsuz ov edən 8 nəfər saxlanılıb.
Azərbaycanda qanunsuz ov edən 8 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən Azərbaycanda qanunsuz ov edən 8 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ETSN-in mətbuat xidmətindən bildiriblər.

Nazirliyin keçirdiyi reydlər zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb, Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində 2 şəxs saxlanılıb, onlardan 2 ədəd ov tüfəngi, 4 ədəd patron aşkar edilərək götürülüb, Ağzıbir, Sarısu, Mahmudçala və Samux Ovçuluq Təsərrüfatlarında isə 5 nəfər saxlanılıb, onlardan 5 ədəd ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.

"Müəyyən olunmuş faktlar üzrə qanunauyğun qaydada akt və protokollar tərtib edilib", - nazirlikdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti