...

Azərbaycanda yeni neft universiteti yaradılacaq

Cəmiyyət Materials 2 Mart 2011 18:26 (UTC +04:00)
ARDNŞ neft universiteti yaratmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin təqaüd proqramının iştirakçıları və şirkətin gənc mütəxəssisləri qarşısında çıxışı zamanı deyib.
Azərbaycanda yeni neft universiteti yaradılacaq

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.İsmayılov/

ARDNŞ neft universiteti yaratmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin təqaüd proqramının iştirakçıları və şirkətin gənc mütəxəssisləri qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ali məktəb Azərbaycanın qədim quru yataqlarından birinin yerləşdiyi Bibiheybət qəsəbəsində yaradılacaq.

"Neft universitetinin yaradılmasında əsas məqsəd yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasıdır", - Abdullayev bildirib.

O qeyd edib ki, artıq ABŞ-ın Hyuston Universiteti ilə təhsil proqramının hazırlanması barədə danışıqlar aparılıb.

Xəbər lenti

Xəbər lenti