...

Azərbaycanda əsgərlərə qarşı nizamnamədənkənar hallara yol verilməsi ilə bağlı qanun qəbul edilməlidir - ombudsman

Cəmiyyət Materials 4 Mart 2011 17:21 (UTC +04:00)
Azərbaycan ombudsmanı əsgərlərə qarşı nizamnamədənkənar hallara yol verilməsi ilə bağlı qanunun qəbul edilməsini təklif edib. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə ombudsman Elmira Süleymanova bildirib.
Azərbaycanda əsgərlərə qarşı nizamnamədənkənar hallara yol verilməsi ilə bağlı qanun qəbul edilməlidir - ombudsman

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan ombudsmanı əsgərlərə qarşı nizamnamədənkənar hallara yol verilməsi ilə bağlı qanunun qəbul edilməsini təklif edib. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə ombudsman Elmira Süleymanova bildirib.

"Artıq bir ildən çoxdur bununla bağlı iş aparırıq, ictimai nəzarətin tətbiqində məqsəd hansısa əməliyyat planı ilə, yaxud hansı silah və texnikalarla tanış olmaq deyil. Məqsəd əsgərlərə qarşı nizamnamədənkənar hallara yol verilməsinin qarşısını almaqdır", - o deyib.

Süleymanova qeyd edib ki, Azərbaycanda ordu üzərində ictimai nəzarətin tətbiqi lazımdır.

Süleymanova fevralın sonlarında orduda 7 nəfərin həlak olması ilə bağlı baş vermiş hadisəni də diqqətdə saxladığını bildirib. O, faktla bağlı araşdırma aparıldığını və nəticələrin ictimaiyyətə açıqlanacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti