...

Azərbaycanda son illərdə 43 hərbi şəhərcikdə tikinti, yenidənqurma və təmir işləri aparılıb

Cəmiyyət Materials 7 Mart 2011 11:40 (UTC +04:00)
Azərbaycanda son illərdə 43 hərbi şəhərcikdə tikinti, yenidənqurma və təmir işləri aparılıb.
Azərbaycanda son illərdə 43 hərbi şəhərcikdə tikinti, yenidənqurma və təmir işləri aparılıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M. Əliyev/

Azərbaycanda son illərdə 43 hərbi şəhərcikdə tikinti, yenidənqurma və təmir işləri aparılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin məlumatına görə, hazırda şəxsi heyətin mənzil-məişət və yaşayış şəraitini yaxşılaşdırmaq, onun döyüş hazırlığı səviyyəsini yüksəltmək məqsədilə 5 əsgər yataqxanası, 2 əsgər yeməkxanası, 2 qərargah, 2 tibb məntəqəsi, 6 yaşayış, 2 qazanxana, hamam, camaşırxana binaları tikilir. Bundan əlavə, klub-yeməkxana, cərrahiyyə şöbəsi, səkkizmərtəbəli müalicə korpusu, yataq korpusu, tədris korpusu binalarında əsaslı təmir işləri aparılır.

Son illər ümumilikdə, 6 əsgər yataqxanası, 2 əsgər yeməkxanası, 2 qərargah, 2 tibb məntəqəsi, 3 yaşayış, 2 qazanxana, hamam, camaşırxana, cərrahiyyə korpusu, inzibati binalar tikilərək istifadəyə verilib. Təmir və yenidənqurma işləri "Gəncə -72", "Dəllər-1", "Şəmkir-3", "Seyfəli-1", "Gədəbəy (Saratovka)", "Gədəbəy (Başkənd)", "Zığ-72", "Bərdə-1", "Sarıcalı-1", "Beyləqan (Milabad)", "Bakı-52", "Bakı-55", "Qırmızı Şərq-1", "Qırmızı Şərq-49", "Ağstafa-3", "Pirəküşkül-2", "Qırmızı Şərq-1", "Zığ-7", "Ağstafa-3", "Pirəküşkül-2", "Beyləqan (Milabad)", "Şamaxı (Qızmeydan)", "Şamaxı (Qurbançı)", "Şamaxı (Sündü)", "Kömürkey" hərbi şəhərciklərində aparılıb.

Xəbər lenti

Xəbər lenti