...

Media qurumlarının rəhbərləri tələbələrlə görüşəcək

Cəmiyyət Materials 9 Mart 2011 11:56 (UTC +04:00)
Media qurumlarının rəhbərləri tələbələrlə görüşəcək. Trend-in məlumatına görə, görüş Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə Bakı Slavyan Universitetində (BSU) tələbə jurnalistlərlə keçiriləcək.
Media qurumlarının rəhbərləri tələbələrlə görüşəcək

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir T.Hacıyev/

Media qurumlarının rəhbərləri tələbələrlə görüşəcək. Trend-in məlumatına görə, görüş Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə Bakı Slavyan Universitetində (BSU) tələbə jurnalistlərlə keçiriləcək.

Tədbirin əsas məqsədi jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və gələcəkdə işlə təmin olumaq üçün şərait yaratmaqdır. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, BSU-nun rektoru, professor Kamal Abdulla, Mətbuat Şurasının sədri Əflatun Amaşov və 20-dən artıq qəzet rəhbərlərinin iştirakı gözlənilir.

Bundan öncə analoji tədbir Bakı Dövlət Universitetində də keçirilmişdi və universitetin jurnalistika fakültəsinin 20-dən çox tələbəsi artıq qəzet redaksiyalarında işə başlayıblar.

Xəbər lenti

Xəbər lenti