Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanla Mərakeşin Ədliyyə nazirlikləri arasında "Əməkdaşlıq haqqında" saziş imzalanacaq.
Ədliyyə Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, sənəd Mərakeşin ədliyyə naziri Məhəmməd Nəsirin Azərbaycana səfəri zamanı imzalanacaq.
Martın 13-dən 19-dək davam edəcək səfər çərçivəsində Ədliyyə nazirlikləri arasında "Qarşılıqlı hüquqi yardım haqqında" müqavilənin də imzalanması nəzərdə tutulub.
Mərakeşin ədliyyə naziri səfər müddətində azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşəcək.