...

Azərbaycanda dövlət qulluğuna sənəd qəbulu internet vasitəsilə aparılacaq

Cəmiyyət Materials 10 Mart 2011 14:47 (UTC +04:00)
Azərbaycanda dövlət qulluğuna sənəd qəbulu internet vasitəsilə həyata keçiriləcək. Bu barədə Trend-ə cümə axşamı Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.
Azərbaycanda dövlət qulluğuna sənəd qəbulu internet vasitəsilə aparılacaq

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluğuna sənəd qəbulu internet vasitəsilə aparılacaq. Bu barədə Trend-ə cümə axşamı Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.

Komissiyadan bildirilib ki, bununla bağlı "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"na dəyişiklik edilib.

Dəyişikliyə görə, dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlər birinci mərhələdə ali təhsilini təsdiq edən sənədi və müvafiq ərizə formasını təqdim edəcəklər.

Namizədlər birinci mərhələni keçəndən sonra digər sənədləri toplayıb Komissiyaya təqdim edəcəklər.

Qeyd edək ki, dəyişikliyədək 1 ay davam edən sənəd qəbulu zamanı namizədlər 10-a yaxın sənəd toplayıb təqdim edirdilər.

Xəbər lenti

Xəbər lenti