...

Azərbaycanda məişət zorakılığının qurbanları üçün "qaynar xətt" yaradılacaq

Cəmiyyət Materials 11 Mart 2011 11:58 (UTC +04:00)
Azərbaycanda məişət zorakılığının qurbanları üçün "qaynar xətt" yaradılacaq.
Azərbaycanda məişət zorakılığının qurbanları üçün "qaynar xətt" yaradılacaq

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məişət zorakılığının qurbanları üçün "qaynar xətt" yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in Bakı ofisinin cümə günü təşkil etdiyi "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun implementasiyası: məlumatlandırma və beynəlxalq təcrübə" mövzusundakı konfransda ofisin rəhbəri Bilge Cankorel deyib.

Cankorel bildirib ki, məişət zorakılığı ilə mübarizə və bu işə dəstək verilməsi bu il ATƏT-in Bakı ofisinin əsas prioritetlərindən olacaq.

O, bu il "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun təbliği məqsədilə bir sıra tədbirlər həya keçiriləcəyini deyib. Tədbirlər sırasına regionlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə hüquq-mühafizə orqanlarının əməkdaşlarının, vətəndaş cəmiyyətinin üzvlərinin iştirakı ilə "dəyirmi masa"lar, Ailə Dəstək Mərkəzlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təlimlərin keçirilməsi, televiziya kanallarında maarifləndirici çarxların yayımlanması daxildir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığının bütün cəmiyyətin problemi olduğunu diqqətə çatdıraraq, bu problemlə mübarizədə cəmiyyətin bütün qruplarının iştirakını vacib sayıb.

Əhalinin "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun mahiyyətindən xəbərsiz olduğunu bildirən Hüseynova qanunun mahiyyətinin cəmiyyətin hər bir üzvü tərəfindən dərk edilməsini zəruri hesab edir.

Onun fikrincə, məişət zorakılığının kökündə sosial problemlər deyil, psixoloji faktor dayanır.

Tədbirdə məişət zorakılığının Azərbaycanda əhatə dairəsi və təsiri haqqında müzakirələr aparılıb, iştirakçılara bu sahədə beynəlxalq təcrübə və mütərəqqi nümunələr barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti