...

Azərbaycan ombudsmanı azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi ilə bağlı bəyanat verib

Cəmiyyət Materials 11 Mart 2011 18:06 (UTC +04:00)
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bəyanatda 9 yaşlı uşağın amansızcasına qətli dünyanın bütün uşaqlarına qarşı yönələn qeyri-insani akt kimi qiymətləndirilir.
Azərbaycan ombudsmanı azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi ilə bağlı bəyanat verib

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Ermənistan Silahlı Qüvvələri tərəfindən 9 yaşlı azərbaycanlı uşağın qətli ilə bağlı bəyanat verib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bəyanatda 9 yaşlı uşağın amansızcasına qətli dünyanın bütün uşaqlarına qarşı yönələn qeyri-insani akt kimi qiymətləndirilir.

"İnanırıq ki, günahsız bir uşağın amansızcasına qətli ilə nəticələnən və əslində dünyanın bütün uşaqlarına qarşı yönələn bu qeyri-insani akta dünya birliyi kəskin reaksiya verərək pisləyəcək, belə halların qarşısının alınması üçün öz etiraz səsini ucaldacaq və səlahiyyətləri çərçivəsində tədbirlər görüləcək", - bəyanatda vurğulanır..

Bəyanatda qeyd olunur ki, uşağın qətlə yetirilməsi qeyri-insani aktı insan hüquqlarının qorunması sahəsində qəbul edilən beynəlxalq sənədlərin pozulmasıdır və bu akt Ermənistanın beynəlxalq məsuliyyətini doğurur və ona qarşı BMT tərəfindən müəyyən sanksiyaların tətbiqini zəruri edir.

"Heç kəs bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisəyə laqeyd qalmamalıdır. Azərbaycan xalqı da sülh şəraitində yaşamaq və pozulmuş hüquqlarının bərpa olunmasını istəyir. Bununla bağlı, dünya ictimaiyyətinə müraciət edərək hər kəsi haqq işimizi dəstəkləməyə çağırırıq", - bəyanatda vurğulanır.

Ermənistan silahlı qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Xəbər lenti

Xəbər lenti