...

Kabildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iclası keçirilir

Cəmiyyət Materials 14 Mart 2011 11:01 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin iclası keçirilir. Bu barədə Trend Əfqanıstanın "Avapress" agentliyinə istinadən məlumat verir.
Kabildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iclası keçirilir

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir T.Cəfərov/

Əfqanıstanın paytaxtı Kabildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin iclası keçirilir. Bu barədə Trend Əfqanıstanın "Avapress" agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, İƏT mədəniyyət nazirlərinin iclasında üzv ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə ediləcək.

1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən əsası qoyulan təşkilata hazırda Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da daxildir.

Xəbər lenti

Xəbər lenti