...

Mərakeşin ədliyyə naziri Bakı istintaq təcridxanasına baş çəkib

Cəmiyyət Materials 14 Mart 2011 17:21 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 13-dən Azərbaycanda səfərdə olan Mərakeşin ədliyyə naziri penitensiar sahədə aparılan islahatlarla yaxından tanış olub.
Mərakeşin ədliyyə naziri Bakı istintaq təcridxanasına baş çəkib

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/

Mərakeşin ədliyyə naziri Bakı istintaq təcridxanasına baş çəkib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 13-dən Azərbaycanda səfərdə olan Mərakeşin ədliyyə naziri penitensiar sahədə aparılan islahatlarla yaxından tanış olub.

Məhəmməd Nəsiri respublikamızın ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.

Dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafını qeyd edən Məmmədov iki ölkənin nazirlikləri arasında imzalanan saziş və müqavilələrin cinayətkarlıqla mübarizəyə, insan hüquqlarının qorunmasına, iqtisadi və hüquqi əlaqələrin inkişafına xidmət edəcəyini qeyd edib.

Respublikamızda həyata keçirilən ədliyyə və məhkəmə islahatları barədə ətraflı məlumat verilib, iki ölkənin ədliyyə orqanları arasında əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib.

Azərbaycanla hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini bildirən nazir Nəsiri Azərbaycanın dinamik tərəqqisini, səfər zamanı bu inkişafın şahidi olduğunu vurğulayıb.

Qonaq Mərakeşdə hüquqi islahatların aparıldığını bildirərək, ölkəmizin bu sahədə müsbət təcrübəsindən faydalanacağını qeyd edib.

Görüşdə korrupsiya ilə mübarizə məsələlərinə toxunularaq, cari ilin payızında Mərakeşdə qlobal antikorrupsiya tədbirlərinin keçiriləcəyi qeyd olunub, həmçinin, hüquqşünasların treninqi məsələsi müzakirə olunaraq, Mərakeş tərəfi azərbaycanlı hakimləri həmin ölkəyə təcrübə keçməyə dəvət edib.

Görüşdən sonra iki ölkənin ədliyyə nazirlikləri arasında "Əməkdaşlıq haqqında" saziş, "Cinayət işləri üzrə hüquqi yardım haqqında", "Mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında", "Təslimetmə haqqında" müqavilələr imzalanıb.

Nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə Azərbaycan-Mərakeş münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olub, qonaqlara Azərbaycan dövləti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən DVD-disklər, müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilib.

Səfər çərçivəsində Mərakeş ədliyyə nazirinin ölkəmizdə bir sıra rəsmi görüşləri, habelə bölgələrdə yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti