...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Cəmiyyət Materials 15 Mart 2011 11:40 (UTC +04:00)
Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir
Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir T.Hacıyev/

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir. Trend-in məlumatına görə, digər üç çərşənbəyə nisbətən bu çərşənbə daha əyləncə dolu, təmtəraqla qeyd olunur.

Deyimlərə görə, bu günü necə keçirsən, növbəti yeddi ili də həmin əhval-ruhiyyədə keçər.

Torpaq çərşənbəsi mərasiminə dan söküləndə başlayırdılar. Uşaqlı-böyüklü hamı bağlara, əkin sahələrinə yollanır, ağacların diblərini belləyirdilər.

Torpaq çərşənbəsi imkansızlara əl tutmamaq, yardım gözləyəni sevindirməmək torpaq ruhunu narazı salmaq deməkdi. Həmin gün qan tökülsə, elin başı il boyu bəlalar çəkər, - deyərlər.

Adamlar yığışıb küçə-meydanları, həyətləri zir-zibildən təmizləyər, ağacları budayar, quru otu, ötən payızdan qalma xəzəli bir yerə yığar, qaş qaralanadək toplanan çör-çöpü, çırpını meydanlarda qalayarlar.

Bundan sonra başlanan şənlik səhərədək davam edər. Süfrələr şirniyyatlarla və ağartıdan hazırlanan yeməklərlə bəzədilərdi.

Xəbər lenti

Xəbər lenti