...

Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya qəbul imtahanlarının keçirilmə vaxtını müəyyənləşdirib

Cəmiyyət Materials 18 Mart 2011 11:04 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturaya qəbul imtahanlarının keçirilmə vaxtını müəyyənləşdirib. Bu barədə Trend-ə AMEA-nın vitse-prezidenti Arif Həşimov bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya qəbul imtahanlarının keçirilmə vaxtını müəyyənləşdirib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturaya qəbul imtahanlarının keçirilmə vaxtını müəyyənləşdirib. Bu barədə Trend-ə AMEA-nın vitse-prezidenti Arif Həşimov bildirib.

"AMEA tərəfindən qəbul haqqında elanın avqust ayının sonuna kimi verilməsi gözlənilir. Qaydalara görə, elan verildikdən sonra bir ay müddətində sənədlərin qəbulu aparılacaq. Bu il oktyabrın 25-nə qədər qəbul imtahanlarını başa çatdırmaq niyyətindəyik", - Həşimov bildirib.

Onun sözlərinə görə, AMEA Təhsil Nazirliyinin institutları istisna olmaqla, doktoranturaya qəbul aparacaq digər elmi müəssisələrə təkliflərini göndərib.

Akademiya doktorantura pilləsinə qəbul aparılacaq nazirliklərə, baş idarələrə, səhmdar cəmiyyətlərə doktoranturaya qəbul ediləcək şəxslərin elmi rəhbərlərinin təyin edilməsi və onların mövzularının AMEA-nın problem şuralarında qeydiyyatdan keçirilməsi ilə əlaqədar müraciət ünvanlayıb.

Azərbaycan Nazirlər Kabineti ötən həftə Təhsil Nazirliyi istisna olmaqla, AMEA və doktoranturalar yaradılan digər təşkilatların doktorantura pilləsinə qəbul planını təsdiqləyib. Həşimovun Trend-ə bildirdiyinə görə, plana əsasən, AMEA-ya fəlsəfə doktoru elmi dərəcəsi üzrə əyani şöbədə 176 yer, qiyabi şöbədə 39 yer ayrılıb. Doktoranturalar yaradılan digər təşkilatlara fəlsəfə doktoru elmi dərəcəsi üzrə əyani şöbədə 108, qiyabi şöbədə 81, elmlər doktoru elmi dərəcəsi üzrə əyani şöbədə 18, qiyabi şöbədə 30, dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi üzrə 145, elmlər doktoru elmi dərəcəsi üzrə isə 13 yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti