...

Baş Prokurorluğun əməkdaşları Novruz bayramı münasibətilə məcburi köçkünlərlə görüşüb

Cəmiyyət Materials 18 Mart 2011 22:32 (UTC +04:00)
Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi Novruz bayramı münasibətilə Bərdə rayonunda məskunlaşmış 704 ailədən ibarət 2800 məcburi köçkünə 17 min 80 kiloqram həcmində 21 min manatlıq ərzaq yardımı göstərib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat veriblər.
Baş Prokurorluğun əməkdaşları Novruz bayramı münasibətilə məcburi köçkünlərlə görüşüb

Azərbaycan, Bakı, 18 mart /Trend/

Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi Novruz bayramı münasibətilə Bərdə rayonunda məskunlaşmış 704 ailədən ibarət 2800 məcburi köçkünə 17 min 80 kiloqram həcmində 21 min manatlıq ərzaq yardımı göstərib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat veriblər.

Baş Prokurorluğun məsul işçiləri və 23 rayon prokurorluğunun əməkdaşları Bərdə şəhərindəki "meşəçilik institutu" deyilən ərazidə məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların məişət şəraiti və problemləri ilə tanış olublar.

Görüşdə baş prokurorun köməkçisi Elşən Abbasov və Bərdə rayon prokuroru Rəhim Əliyev məcburi köçkünləri bayram münasibətilə təbrik etmiş, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının apardığı siyasət barədə məlumat vermişlər. Vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın mənafeyinə uyğun həll olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəkdir.

Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər Prezident İlham Əliyevin işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəklədiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti