...

Azərbaycan Parlamentinin şöbə müdiri BMT-nin İnsan Hüquqları Şurasının Məsləhətçi Komitəsinə üzv təsdiq olunub

Cəmiyyət Materials 25 Mart 2011 21:08 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin şöbə müdiri BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Məsləhətçi Komitəsinə ikinci müddətə üzv təsdiq olunub.
Azərbaycan Parlamentinin şöbə müdiri BMT-nin İnsan Hüquqları Şurasının Məsləhətçi Komitəsinə üzv təsdiq olunub

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Məclisinin şöbə müdiri BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Məsləhətçi Komitəsinə ikinci müddətə üzv təsdiq olunub.

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən şənbə günü Trend-ə verilən məlumata görə, BMT İHŞ-nin 16-cı sessiyası çərçivəsində Azərbaycan hökumətinin namizədliyini irəli sürdüyü Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynovun İHŞ-nin Məsləhətçi Komitəsinə üzvlüyü 2-ci müddət üçün təsdiq olunub.

BMT İHŞ-nin Məsləhətçi Komitəsi 2008-ci ildən etibarən fəaliyyət göstərir və ümumilikdə beynəlxalq insan hüquqları sahəsində mütəxəssis qismində fəaliyyət göstərən 18 üzvdən ibarətdir. Azərbaycan tərəfindən irəli sürülmüş namizəd ilk dəfə 2008-ci ildə Məsləhətçi Komitəyə 3 il müddətinə üzv seçilib.

Sözügedən Komitə BMT-nin İnsan Hüquqları Şurasının tədqiqat mərkəzidir və həmin qurumun xahişi əsasında müvafiq hesabat və tədqiqatların hazırlanması istiqamətində fəaliyyət göstərir. Komitə BMT-nin İnsan Hüquqları Şurasına mütəxəssis səviyyəsində müəyyən təklif və məsləhətlərini təqdim edir. Məsləhətçi Komitə ildə 2 dəfə sessiya keçirir.

Azərbaycanın namizədi BMT İHŞ-nin Məsləhətçi Komitəsinin üzvü olaraq digər tədqiqat və hesabatların hazırlanmasında fəal iştirak edib, həmçinin "İtkin düşmüş şəxslər üzrə müsbət təcrübələr" haqqında Komitə tərəfindən hazırlanmış hesabat üzrə məruzəçi təyin olunub.

Xəbər lenti

Xəbər lenti