...

Cahangir Məmmədli İTV Yayım Şurasının sədri seçilib

Cəmiyyət Materials 29 Mart 2011 17:47 (UTC +04:00)
Cahangir Məmmədli çərşənbə axşamı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri seçilib.
Cahangir Məmmədli İTV Yayım Şurasının sədri seçilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Cahangir Məmmədli çərşənbə axşamı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri seçilib. Trend-in məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatında bildirilir.

Məmmədli İTV Yayım Şurasının MTRŞ-də keçirilən iclasında sədr seçilib.

Martın 18-də Azərbaycan Milli Məclisi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının yeni üzvlərini təsdiq edib.

Aqil Dadaşov (namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından irəli sürülüb), Muxtar İmanov (Azərbaycan Milli Elmlər Akademiyası), Cahangir Məmmədli (Mətbuat Şurası) İTV-nin Yayım Şurasının yeni üzvləri seçiliblər.

"İctimai televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvlərinin 6 illik səlahiyyət müddəti martın 15-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti