Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/
ABU və "Nur" tibb klinikalarının cinayət işi ilə bağlı müxtəlif dövlətlərə sorğu göndərilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.
"Baş Prokurorluğun İstintaq İdarəsində ABU və "Nur" klinikalarının fəaliyyəti ilə bağlı cinayət işi aparılıb və istintaq gedir. Biz bu işlərlə əlaqədar müxtəlif dövlətlərə sorğular göndərmişik, əməkdaşlarımız Ukraynaya ezam edilib və bu yaxında qayıdıblar. Bu işlərlə bağlı çox ciddi istintaq əməliyyat tədbirləri davam etdirilir", - Usubov deyib.
ABU və "Nur" klinikalarında aparılan insan orqanlarının qanunsuz transplantasiyası ittihamı ilə bağlı cinayət işi açılıb. Səhiyyə Nazirliyi hər iki özəl klinikanın lisenziyasının müddətini uzatmayıb.