...

Rusiya nümayəndə heyəti Bakıda insanın kosmosa ilk uçuşunun 50 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək

Cəmiyyət Materials 1 Aprel 2011 13:07 (UTC +04:00)
Rusiya nümayəndə heyəti Bakıda insanın kosmosa ilk uçuşunun 50 illiyi ilə bağlı mərasimlərdə iştirak edəcək.
Rusiya nümayəndə heyəti Bakıda insanın kosmosa ilk uçuşunun 50 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir S.Ağayeva/

Rusiya nümayəndə heyəti Bakıda insanın kosmosa ilk uçuşunun 50 illiyi ilə bağlı mərasimlərdə iştirak edəcək.

Rusiya Qəhrəmanı, təyyarəçi-kosmonavt Maksim Surayevin başçılıq etdiyi nümayəndə heyəti Avrasiya Araşdırmalar İnstitutu İnkişaf Fondunun Bakı filialının təşkil etdiyi tədbirlərdə iştirak edəcək. Bu barədə cümə günü Trend-ə Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Aprelin 4-dən 6-dək Bakıda olacaq nümayəndə heyətinin tərkibinə RF Dövlət Dumasının deputatı Viktor Malaşenko, REA-nın tibb elmləri doktoru, Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun əməkdaşı Maksim Dolqonosov, "Roskosmos"un əməkdaşı Aleksandr Boçkaryov və Avrasiya Araşdırmaları İnstitutu İnkişaf Fondunun əməkdaşı Andrey Koşel də daxildir.

Səfər proqramına Şəhidlər və Fəxri xiyabanlara ziyarətlər, Bakı Slavyan Universitetinin tələbələri və elmi-yaradıcı ziyalıları ilə görüşlər, Rus Kitab Evinin filialına və "Azərkosmos"a səfərlər daxildir.

Xəbər lenti

Xəbər lenti