...

Azərbaycanın Dövlət ilkin Vaxt və Tezlik etalonu təsdiq edilib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2011 11:44 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri laboratoriyasında quraşdırılmış etalon kompleksi Azərbaycanda Dövlət ilkin Vaxt və Tezlik etalonu kimi təsdiq edilib.
Azərbaycanın Dövlət ilkin Vaxt və Tezlik etalonu təsdiq edilib (FOTO)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir T.Hacıyev/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri laboratoriyasında quraşdırılmış etalon kompleksi Azərbaycanda Dövlət ilkin Vaxt və Tezlik etalonu kimi təsdiq edilib. Bu barədə cümə axşamı Trend-ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu (Fluke910R) və Taymer-sayğacı analizator (Fluke6690) daxildir.

Vaxt və Tezlik etalonunun əsas prinsipi "sezium" elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenna ilə qəbul edib Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir. Etalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa, vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonların və s.) kalibrlənməsi də Vaxt və Tezlik etalonu vasitəsilə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti