...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında Həcc mövsümü ilə bağlı danışıqlar aparacaq

Cəmiyyət Materials 16 Aprel 2011 10:20 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 16-da Səudiyyə Ərəbistanına yola düşür.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında Həcc mövsümü ilə bağlı danışıqlar aparacaq

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 16-da Səudiyyə Ərəbistanına yola düşür.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-dan 23-dək davam edəcək səfər zamanı Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın həcc missiyası olaraq Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə növbəti həcc mövsümü barədə danışıqlar aparacaq.

Krallığın Məkkə, Ciddə və Mədinə şəhərlərində yerləşən müvafiq qurumları ilə görüşlər zamanı azərbaycanlı zəvvarların həcc ziyarəti ilə bağlı bütün məsələlər müzakirə olunacaq.

Müzakirələrin nəticəsi olaraq, QMİ ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol və müqavilələr imzalanacaq.

Xəbər lenti

Xəbər lenti