...

Azərbaycanda jurnalistlər üçün Ekologiya məktəbiin ilk məzunları iməcilikdə iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2011 16:37 (UTC +04:00)
2011-ci il aprel in 16 -da Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.
Azərbaycanda jurnalistlər üçün Ekologiya məktəbiin ilk məzunları iməcilikdə iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir M.Əliyev /

2011-ci il aprel in 16 -da Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirili b.
İməcilikdə ekologiya və təbii sərvətlər naziri H üseynqulu Bağırov başda olmaqla nazirliyin əməkdaşları, media nümayəndələri, o cümlədən ETSN-nin nəzdində yaradılmış "Jurnalistlərin ekologiya məktəbi"nin məzunları da iştirak edərək 5 hektar sahədə 4000 ədəd sərv ağacı əki blər.
Tədbirin sonunda məktəbi bitirən jurnalistlərə nazir tərəfindən sertifikatlar təqdim olunu b.

"Jurnalistlərin ekologiya məktəbi" 2010-cu ilin avqust ayında ETSN-nin nəzdin də ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər sahələrdə jurnalistlərin bilik və məlumatlılıqlarının artırılması məqsədilə yaradılı b.

Ağacəkmə ilə bağlı iməciliklər respublikanın bütün meşə təsərrüfatlarında, həmçinin Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarında da keçirilib.

Xəbər lenti

Xəbər lenti