...

"Polis Etiketi" adlı kitab nəşr olunub

Cəmiyyət Materials 22 Aprel 2011 12:29 (UTC +04:00)
Polis əməkdaşlarının xidməti etiket məsələlərinə dair kitab nəşr olunub.
"Polis Etiketi" adlı kitab nəşr olunub

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Polis əməkdaşlarının xidməti etiket məsələlərinə dair kitab nəşr olunub.

"Polis Etiketi" kitabı Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən dəstəklənən və Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) tərəfindən həyata keçirilən "Dövlət qulluqçularının və hüquq mühafizə orqanları əməkdaşlarının etik davarnış qaydaları ilə əlaqədar hüquqi maarifləndirmə" layihəsi çərçivəsində nəşr olunub. Təlimçilər üçün vəsait 500 tirajla çap edilib.

AHK-dən Trend-ə verilən məlumata görə, kitabın müəllifi tarix elmləri üzrə fəlsəfə doktoru, Polis Akademiyasının İctimai elmlər kafedrasının dosenti, polis polkovniki Tahir Behbudovdur.

Kitabda verilən tövsiyələrin özünəməxsusluğu ondan ibarətdir ki, müəllif Azərbaycan daxili işlər orqanlarının idarəetmə sistemində ilk dəfə olaraq polis əməkdaşlarının xidməti etiket problemlərinə müraciət edir.

Müəllif polis əməkdaşlarının standart və qeyri-standart vəziyyətlərdə özünənəzarət və özünüqiymətləndirməsinin düzgün sistemini təklif edir.

Təklif olunan tövsiyələr polis əməkdaşları üçün təlimlərin keçirilməsində köməkçi vəsait kimi istifadə oluna bilər.

Kitab Daxili İşlər Nazirliyinin Polis Akademiyası və AHK-nın əməkdaşlığı çərçivəsində nəşr olunub.

Nəşrin elmi redaktoru tarix elmləri doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru F.Məmmədov, rəyçisi isə hüquq elmləri doktoru, professor, "Əməkdar müəllim" N.Cəfərlidir.

Nəşrin məsləhətçisi istefada olan Polis Polkovniki Zapelin Q.P, texniki redaktoru F.Məmmədov, nəşrə məsul şəxs isə AHK-nın baş katibi, hüquq üzrə fəsəfə doktoru Nadir Adilovdur.

Xəbər lenti

Xəbər lenti