Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Hazırda Azərbaycanın yeddi regionunda Avropa standartlarına uyğun yeni cəzaçəkmə müəssisələri inşa olunur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.
"Bakının mərkəzində yerləşən qadın və uşaq cəzaçəkmə müəssisələri üçün də şəhər kənarında yeni binalar inşa olunacaq, artıq bunun layihəsi hazırlanıb və tikintisinə başlanıb", - Quliyev bildirib.
Onun sözlərinə görə, Qobustan həbsxanası üçün Umbaku qəsəbəsi ərazisində həbsxananın inşası aparılır.
PX rəisi bildirib ki, yeni həbsxanaların tikintisi həddən artıq maliyyə vəsaiti tələb etsə də, ölkə başçısı tərəfindən məhkumların saxlanma şəraitinə xüsusi diqqət yetirilir.
Quliyev məhkumların saxlanma şəraiti, müalicəsi, qidalanması ilə bağlı sahələrdə də tədbirlər görüldüyünü qeyd edib.
Azərbaycanın yeddi regionunda Avropa standartlarına uyğun cəzaçəkmə müəssisələri inşa olunur
Hazırda Azərbaycanın yeddi regionunda Avropa standartlarına uyğun yeni cəzaçəkmə müəssisələri inşa olunur.
