...

Livta prezidentinin Azərbaycana səfəri zamanı Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - DYP

Cəmiyyət Materials 2 May 2011 09:46 (UTC +04:00)
Litva Prezidenti Dalya Qribauskaytenin Azərbaycana səfəri ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bunu Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Livta prezidentinin Azərbaycana səfəri zamanı Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - DYP

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir T.Hacıyev/

Litva Prezidenti Dalya Qribauskaytenin Azərbaycana səfəri ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bunu Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, mayın 2-də saat 13:00-dan etibarən tədbir başa çatanadək Aeroport şosesi istiqamətindən Heydər Əliyev prospekti ilə, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft meydanı, Niyazi və İstiqlaliyyət küçələri, geriyə Neftçilər prospekti, Rəşid Behbudov, Bakıxanov Ceyhun Hacıbəyli, Vaqif küçələri, Qələbə meydanı, Atatürk prospekti, Həsən Əliyev, Səməd Vurğun küçəsi, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermantov, 10-cu park küçələrində, mayın 3-də isə 7:30-dan 15:00-dək Fəxri Xiyaban və Şəhidlər Xiyabanı, eyni marşrutlar üzrə Azneft dairəsindən Heydər Əliyev adına beynəlxalq Hava Limanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılcaq.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Yol polisi qeyd olunan küçə və prospektlərdə avtomobillərin parklandırılmasının mümkünsüzlüyü nəzərə alınaraq, bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi məsləhət görür.

Xəbər lenti

Xəbər lenti