...

Azərbaycanda xarici şirkətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxsləri korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb oluna bilər

Cəmiyyət Materials 2 May 2011 15:58 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbə bazar ertəsi Trend-ə bildirib ki, bu barədə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunub.
Azərbaycanda xarici şirkətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxsləri korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb oluna bilər

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/

Xarici şirkətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxsləri Azərbaycanda korrupsiya hüquqpozmalarının subyektlərinin dairəsinə daxil ediləcək.

Hüquq-mühafizə orqanlarındakı mənbə bazar ertəsi Trend-ə bildirib ki, bu barədə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunub.

Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev bazar ertəsi Trend-ə bildirib ki, Azərbaycanın tərəfdar çıxdığı BMT-nin korrupsiyaya qarşı konvensiyasında, Avropa Şurasının cinayət və mülki məsuliyyət haqqında konvensiyalarında beynəlxalq təşkilatların və xarici şirkətlərin maddi-məsul şəxsləri korrupsiya hüquqpozmalarının subyekti hesab olunur.

Millət vəkili bildirib ki, Azərbaycanın cinayət və inzibati qanunvericiliyinin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması istiqamətində işçi qrupu tərəfindən iş aparılır, bu məqsədlə qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və Milli Məclisə təqdim olunub.

"Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda korrupsiya hüquqpozmalarının subyektlərinin dairəsi göstərilib.

Xəbər lenti

Xəbər lenti