...

Bir il ərzində Azərbaycanda 150-yə yaxın tibb müəssisəsinin lisenziya müddəti bitəcək

Cəmiyyət Materials 5 May 2011 15:13 (UTC +04:00)
Bu gün Səhiyyə Nazirliyində özəl tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılmasına həsr olunmuş sərgi-seminar işə başlayıb.
Bir il ərzində Azərbaycanda 150-yə yaxın tibb müəssisəsinin lisenziya müddəti bitəcək

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Səhiyyə Nazirliyində özəl tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılmasına həsr olunmuş sərgi-seminar işə başlayıb.

Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin Lisenziyalaşdırma komissiyasının sədri Əbülfəz Abdullazadə bildirib ki, iki gün davam edəcək tədbirin keçirilməsində əsas məqsəd lisenziya müddəti bitən tibb müəssisələrinin lisenziyalaşdırılma prosesini asanlaşdırmaq, onların bu proseslə bağlı suallarına cavab verməkdir.

Sərgi-seminara bir il ərzində lisenziya müddəti bitəcək 150-yə yaxın tibb müəssisəsinin rəhbəri dəvət edilib.

"Onların lisenziya müddəti bir il ərzində bitəcək. Həmin müəssisələrin bəzilərini lisenziya müddətinin başa çatmasına 3, bəzilərini 6 ay qalmış sərgiyə dəvət etmişik ki, indidən lisenziya almaq üçün işlərini təkmilləşdirsinlər, fəaliyyətlərinin tələblərə cavab verib-verməməsi haqqında məlumat alsınlar. Bununla da qısa müddətdə lisenziya almağa nail olsunlar. Tibb müəssisələrinin lisenziyalaşdırılması prosesi ilə bağlı çoxlu çap məhsulları hazırlanıb", - Abdullazadə deyib.

Nazirlik rəsmisi bildirib ki, lisenziyalaşdırma ölkə prezidentinin təsdiqlədiyi sərəncam əsasında həyata keçirilir və bu proses 15 gündən artıq davam etmir. Bu müddətdə lisenziya almaq üçün müraciət edənlərə müsbət və mənfi cavab verilə bilər.

"Lisenziya verməzdən əvvəl komissiyanın müəssisələrə keçirdiyi baxış zamanı tez-tez problem yarandığının şahidi oluruq. Buna görə də, mənfi cavabları azaltmaq üçün bu istiqamətdə işlər aparırıq", - Abdullazadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti