...

Azərbaycan hökuməti fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı barədə qərar qəbul edib

Cəmiyyət Materials 6 May 2011 14:18 (UTC +04:00)
Azərbaycan hökuməti fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Azərbaycan hökuməti fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı barədə qərar qəbul edib

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Bu qərarla "Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası", "Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası" təsdiq edilib.

Həmçinin "Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası", "Fövqəladə hallar orqanlarının başqa yerə daimi xidmətə keçirilmiş əməkdaşlarına və onların ailə üzvlərinə yeni xidmətkeçmə yerinə köçmə xərcinin və birdəfəlik kompensasiyaların miqdarı və ödənilməsi Qaydası" da təsdiqlənib.

Həmin sənədlərə müvafiq olaraq, fövqəladə hallar orqanlarında öz ixtisası üzrə xidmət edən elmlər doktoru olan əməkdaşların vəzifə maaşlarına 50 manat, fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 30 manat məbləğində əlavələr müəyyən edilir.

Fövqəladə hallar orqanlarının xüsusi təyinatlı təhsil müəssisələrində əyani təhsil alan müdavimlərə dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan tələbələr üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə təqaüd ödənilir.

Yaşayış yeri olmayan və bu səbəbdən kirayədə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdikləri dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq, mənzil kirayəsi üçün verilən pul kompensasiyası hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyası məbləğində ödənilir.

Həmçinin səhhəti və ya əlil olması ilə əlaqədar xidmətinə xitam verilmiş əməkdaşlara rütbə və vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulur.

Fövqəladə hallar orqanlarının əməkdaşı xidməti vəzifələrinin icrası zamanı həlak olduqda (vəfat etdikdə), ailə üzvlərinə dövlət büdcəsinin vəsaiti hesabına onun aylıq pul təminatının (ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla) 70 misli miqdarında birdəfəlik müavinət və qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə maddi zərər ödəniləcək.

Xəbər lenti

Xəbər lenti