...

Azərbaycanda növbəti dəfə cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirməyə cəhd göstərilib (FOTO)

Cəmiyyət Materials 11 May 2011 19:52 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı qətiyyətlə alınıb
Azərbaycanda növbəti dəfə cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirməyə cəhd göstərilib (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı qətiyyətlə alınıb.

PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 11.05.2011-ci il tarixində 1972-ci il təvəllüdlü, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş təqsirləndirilən şəxs İbrahimov Vidadi Səməd oğlu Bakı İstintaq təcridxanasına daxil olandan sonra üzərinə və əşyalarına baxış keçirilib və o, şübhə doğurduğundan müəssisənin tibb-sanitariya hissəsində profilaktiki rentgen müayinəsindən keçirilib.

Müayinə zamanı onun həzm yollarında yad cisim aşkar olunub. Ekspertizanın rəyinə əsasən, selofana bükülmüş ot şəkilli, yaşıl rəngli, xüsusi iyə malik cisim - xalis çəkisi 5,67 qram olan qurudulmuş marixuanadır.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti