...

Azərbaycan II Beynəlxalq sosial müdafiə simpoziumunda iştirak edəcək

Cəmiyyət Materials 16 May 2011 11:21 (UTC +04:00)
Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Türkiyəyə səfər edəcək.
Azərbaycan II Beynəlxalq sosial müdafiə simpoziumunda iştirak edəcək

Azərbaycan, Bakı, 16 may /Trend/

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Türkiyəyə səfər edəcək.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan bazar ertəsi Trend-ə verilən məlumata görə, mayın 17-dən 18-dək davam edəcək səfərdə məqsəd Ankarada Türkiyənin Sosial Güvənlik Qurumunun təşkilatçılığı ilə "Sosial müdafiə sahəsində yeni risklər və yanaşmalar" mövzusuna həsr olunmuş II Beynəlxalq sosial müdafiə simpoziumunda iştirak etməkdir.

Azərbaycanda aparılan islahatların region üçün əhəmiyyəti nəzərə alınaraq ölkəmiz əsas çıxışçılardan biri kimi həmin simpoziuma dəvət olunub.

Toplantı iştirakçılarına Azərbaycanda qurulan və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya sistemi barədə ətraflı məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti