...

Qobustanla bağlı yeni kitab təqdim edilib (FOTO)

Cəmiyyət Materials 16 May 2011 18:33 (UTC +04:00)
Demokratik İslahatlar Partiyası araşdırmaçı, yazıçı-publisist Leyla Səbzəlinin "Откровения сакрального Гобустана" adlı kitabını oxuculara təqdim edib. Bu barədə Trend-ə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Qobustanla bağlı yeni kitab təqdim edilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 may /Trend/

Demokratik İslahatlar Partiyası araşdırmaçı, yazıçı-publisist Leyla Səbzəlinin "Откровения сакрального Гобустана" adlı kitabını oxuculara təqdim edib. Bu barədə Trend-ə partiyanın mətbuat xidmətindən məlumat verilib.

"Azərbaycan Şərqin sivilizasiya mənbəyidir. Bu torpaqlarda canlı tarix yaşayır. Bizim analoqu olmayan açıq səma altında muzeyimiz Qobustanı, orada min illərin tarixini yaşadan qayaüstü rəsmləri dünyaya tanıtmaq üçün başqa dillərdə çap olunan kitablar ən yaxşı vasitədir. Bizi Avropaya aparan yol mədəniyyətimizdən keçir. Əslində bu gün sizə təqdim edəcəyimiz kitabın, hardasa Azərbaycan təmsilçilərinin bu il "Eurovision" mahnı yarışmasında qazandığı qələbəyə aidiyyəti var. Bu qələbə göstərir ki, bizim dünyaya inteqrasiyamız mədəniyyətimizdən keçir. Biz dünyanı öz mədəni köklərimizə aparıb çıxarmalıyıq. Leyla Səbzəlinin Azərbaycanın qədim yaşayış məskənlərində apardığı araşdırmaların nəticəsi olaraq ərsəyə gələn bu kitab, ölkəmizlə maraqlanan hər kəs üçün gözəl bələdçi ola bilər", - "Akademiya" kitab salonunda keçirilən mərasimdə açılış nitqini söyləyən partiya sədri Asim Mollazadə deyib.

Leyla Səbzəli isə dünyada oxumaqdan, kitabdan qiymətli heç bir şey tanımadığını ifadə edib. O vurğulayıb ki, sözügedən kitabı ərsəyə gətirərkən apardığı uzunmüddətli araşdırmalar, təhlillərdən sonra bir daha əmin olub ki, Azərbaycanın tarixi yazılanlardan daha qədimdir.

Tarix elimləri doktoru, professor Eldar Adıgözəlov, Sənətşünas Ziyadxan Əliyev, yazıçı Aleksandr Xakimov, Qobustan Tarixi Muzeyinin direktoru Məlahət Fərəcova, şairə Marina Yanayeva, Leyla Səbzəlinin yaxın dostları və ailə üzəvləri çıxış edərək kitabla bağlı fikirlərini ifadə ediblər. Ziyadxan Əliyev bu kitabı son dərəcə iddialı və cəsarətli kitab kimi qiymətləndirib. O, bu kitabda qədim türk yurdunda Şumer mədəniyyətinin izlərinin aydın bir şəkildə ifadə olunduğunu bildirib.

Tədbirin sonunda müəllif kitabı öz imzası ilə oxuculara təqdim edib.

Xəbər lenti

Xəbər lenti