...

Azərbaycanda qeydiyyat və notariat orqanlarında quraşdırılan elektron köşklər gələn həftədən fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 19 May 2011 14:20 (UTC +04:00)
Azərbaycanda Ədliyyə Nazirliyinin qeydiyyat və notariat orqanlarında quraşdırılan elektron köşklər gələn həftədən fəaliyyətə başlayacaq. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsindən məlumat verilib.
Azərbaycanda qeydiyyat və notariat orqanlarında quraşdırılan elektron köşklər gələn həftədən fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Ədliyyə Nazirliyinin qeydiyyat və notariat orqanlarında quraşdırılan elektron köşklər gələn həftədən fəaliyyətə başlayacaq. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, vətəndaşlar həmin köşklərdən aparmaq istədiyi notariat əməliyyatı üçün lazım olan sənədlərin siyahısını və həmin əməliyyat üçün nəzərdə tutulan dövlət rüsumu barədə məlumatı ala bilər. Vətəndaş dövlət rüsumunu həmin köşkdə ödəməklə qəbz əldə edəcək.

İdarədən deyilib ki, notariat kontorlarında vətəndaşlardan müəyyən sənədlər istəniləndə onlar buna şübhə ilə yanaşırlar.

Həmin köşklərdən tələb olunan sənədlər barədə məlumat alan vətəndaş lazımi sənədləri və dövlət rüsumunun ödənilməsi barədə qəbzi notariat kontorlarına təqdim etməklə, istədikləri əməliyyatları həyata keçirə biləcəklər.

Bu sistem sözügedən sahədə korrupsiya ilə mübarizədə nailiyyət olacaq və notariusla vətəndaş arasındakı təmas aradan qaldırılacaq.

Bütün respublika üzrə notariat kontorlarında və qeydiyyat şöbələrində bu sistem pilot layihə kimi tətbiq olunacaq.

İdarədən bildirilib ki, bu prosesdə müəyyən çatışmazlıqlar qeydə alına bilər. Sistemin pilot layihə kimi fəaliyyətə başlaması məhz bununla əlaqədardır.

Pilot layihənin tətbiqi zamanı rast gəlinən problemlər aradan qaldırıldıqdan sonra sistem çox qısa zamanda notariat və qeydiyyat idarələrində tam olaraq tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti