...

İranın Azərbaycan əsilli tanınmış futbolçusu vəfat edib

Cəmiyyət Materials 24 May 2011 10:15 (UTC +04:00)
İranın Azərbaycan əsilli tanınmış futbolçusu Nasir Hicazi vəfat edib.
İranın Azərbaycan əsilli tanınmış futbolçusu vəfat edib

Azərbaycan, Bakı, 24 may /Trend/

İranın Azərbaycan əsilli tanınmış futbolçusu Nasir Hicazi vəfat edib. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.

Nasir Hicazi 1949-cu ildə Tehranda dünyaya göz açıb. Onun atası Təbrizlidir və bu şəhərdə ev və əmlak alqı-satqısı ilə məşğul olub. Hicazi 1970-ci illərdə İran milli futbol komandasının əsas qapıçısı olub. O, Asiya Futbol Konfederasiyası tərəfindən XX əsrdə Asiya qitəsinin ikinci ən yaxşı qapıçısı elan olunub.

Hicazi son illər ərzində ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkirdi. O, 23 may 2011-ci ildə Tehranın Kəsra xəstəxanasında vəfat edib.

Xəbər lenti

Xəbər lenti