...

Azərbaycan Təhsil Nazirliyi ilə QHT-lər arasında müqavilə imzalanıb

Cəmiyyət Materials 26 May 2011 16:33 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ilə qeyri-hökumət təşkilatları arasında 2011-2012-ci tədris ilində orta məktəblərin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimləri üçün fənn kurrikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilə imzalanıb.
Azərbaycan Təhsil Nazirliyi ilə QHT-lər arasında müqavilə imzalanıb

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ilə qeyri-hökumət təşkilatları arasında 2011-2012-ci tədris ilində orta məktəblərin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimləri üçün fənn kurrikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilə imzalanıb.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, imzalama mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ibtidai sinif müəllimləri üçün təlim kurslarını aparacaq QHT-lər tender vasitəsi ilə müəyyənləşdirilib. Seçimlərdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, "İnkişaf" Elm Mərkəzi, Azad Müəllimlər Birliyi, "Yaşlıların təhsili assosiasiyası" İctimai Birliyi, "Təhsilin humanistləşdirilməsi" İctimai Birliyi qalib gəlib.

Nazirin sözlərinə görə, ibtidai təhsilin keyfiyyətini yüksəltmək üçün ilk növbədə fənn kurrikulumu, təlim strategiyaları və yeni qiymətləndirmə mexanizmlərinin tətbiqini həyata keçirəcək müəllimlərin pedaqoji-metodiki bacarıqlarını, fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır.

Ötən ildən ibtidai sinif müəllimləri üçün təlimlər Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində yeni ixtisasartırma modeli əsasında aparılır.

Mərdanov qeyd edib ki, bu il 9 iqtisadi zona üzrə 86 təlim mərkəzində 164 təlimçi tərəfindən 9670 ibtidai sinif müəlliminə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Nazir 2011-2012-ci tədris ilində yeni işə qəbul olunacaq ibtidai sinif müəllimlərinin də müvafiq təlimlərdən keçməsinin vacibliyini nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti