...

Kanadada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə ziyafət təşkil olunub

Cəmiyyət Materials 27 May 2011 01:38 (UTC +04:00)
Cümə axşamı "28 May - Respublika Günü" və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən ziyafət təşkil olunub
Kanadada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə ziyafət təşkil olunub

Azərbaycan, Bakı, 27 may /Trend/

Cümə axşamı "28 May - Respublika Günü" və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən ziyafət təşkil olunub. Ziyafət Kanadanın paytaxtı olan Ottava şəhərinin ən möhtəşəm binası "Fairmont Chateau Laurier" mehmanxanasında təşkil olunmuşdur.

Tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev 1918-ci ildə 28 may tarixində müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını bildirərək, bir sıra Qərb ölkələrindən də öncə qadınların ilk dəfə seçmək və seçilmək hüququnun məhz ölkəmizdə tanındığını qeyd etmişdir.

Həmçinin, 1991-ci ildən sonra ölkəmizin müstəqilliyinin bərpasından sonra respublikamızda gedən iqtisadi inkişaf barəsində məlumat verən səfir F.Şəfiyev Azərbaycan-Kanada ikitərəfli iqtisadi-siyasi münasibətləri haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Eyni zamanda bildirmək istərdik ki, Ottava şəhərinin meri Cim Vatsonun (Jim Watson) müvafiq qərarı ilə 28 may 2011-ci il tarixi Ottava şəhərində "Azərbaycan Respublikası günü" elan edilmişdir.

Xəbər lenti

Xəbər lenti