...

Kaliforniyanın İrvin şəhərində mayın 28-i Azərbaycan İrsi Günü elan edilib

Cəmiyyət Materials 28 May 2011 15:30 (UTC +04:00)
Kaliforniya ştatının İrvin Şəhər Şurası 2011-ci il mayın 28-ni İrvində Azərbaycan İrsi Günü elan edib.
Kaliforniyanın İrvin şəhərində mayın 28-i Azərbaycan İrsi Günü elan edilib

Azərbaycan, Bakı, 28 may /Trend/

Kaliforniya ştatının İrvin Şəhər Şurası 2011-ci il mayın 28-ni İrvində Azərbaycan İrsi Günü elan edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan-ABŞ Şurasının məlumatında deyilir.

Bu günü "Azərbaycan İrsi Günü" elan etməklə İrvin şəhərinin meri Suxi Kanq Azərbaycan-ABŞ Şurasının Azərbaycan-ABŞ Cəmiyyəti adından apardığı işi yüksək qiymətləndirib.

Mer Kanq Azərbaycan-ABŞ Şurasının Kaliforniya cəmiyyətinin sosial və iqtisadi həyatına verdiyi töhfəni alqışlayıb.

Mayın 28-də Azərbaycanda milli bayram - Respublika Günü qeyd edilir.

1918-ci il mayın 28-də yaradılan və cəmi 23 ay ömür sürən Azərbaycan Demokratik Respublikası bütün Şərqdə ilk demokratik parlament respublikası olub.

Xəbər lenti

Xəbər lenti