...

İyunda Azərbaycanda havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Cəmiyyət Materials 31 May 2011 14:07 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
İyunda Azərbaycanda havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 may /Trend/

İyun ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə normadan 1 dərəcə yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Yağıntıların ay ərzində respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 16-20, gündüzlər 23-28 dərəcə isti, ayrı-ayrı günlərdə 30-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 4-12 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 14-19, gündüzlər 24-29 dərəcə isti, ayrı-ayrı günlərdə 31-36 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ- Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 14-16 dərəcə isti (gecələr 8-13, gündüzlər 17-22 dərəcə isti, ayrı-ayrı günlərdə 24-29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında
orta aylıq temperaturun 21-23 dərəcə isti (gecələr 13-18, gündüzlər 24-28 dərəcə isti, ayrı-ayrı günlərdə 30-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25 dərəcə isti, ayrı-ayrı günlərdə 27-32 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1-2 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-179 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 16-21, gündüzlər 25-30 dərəcə isti, ayrı-ayrı günlərdə 32-37 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-50 mm) olacağı, bəzi yerlərdə isə bir qədər çox gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonalarında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 13-18, gündüzlər 23-28 dərəcə isti, ayrı-ayrı günlərdə 30-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti