...

ADA Kitab Mərkəzində yazıçı Çingiz Abdullayevlə oxucuların görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 11 İyun 2011 01:26 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə oxucuların görüşü keçirilib.
ADA Kitab Mərkəzində yazıçı Çingiz Abdullayevlə oxucuların görüşü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə oxucuların görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan Kitab Mərkəzinin direktoru Vüqar Zeynalov bildirib ki, təzə fəaliyyətə başlayan mərkəzdə mütəmadi olaraq incəsənət xadimləri, yaradıcı insanlarla görüşlər keçiriləcək, Azərbaycan mədəniyyətinin təbliğ olunması üçün müxtəlif layihələr reallaşdırılacaq.

Çingiz Abdullayevlə oxucuların görüşü yerli yazıçılarla planlaşdırılan silsilə görüşlərin birincisi olub.

Çingiz Abdullayev ADA Kitab Mərkəzinin Avropa və ABŞ şəhərlərində gördüyü kitab mərkəzləri səviyyəsində olduğunu, yalnız dizayn baxımdan deyil, kitab bolluğuna görə də beynəlxalq standartlara cavab verdiyini deyib. Yazıçı həmçinin ilk dəfə olaraq ADA Kitab Mərkəzində onun icazəsi ilə Azərbaycan dilinə tərcümə olunan əsərlərinin oxucuların ixtiyarına verildiyini bildirib.

Tədbirin sonunda görkəmli yazıçı oxucuları üçün kitablarını imzalayıb, onları maraqlandıran suallara cavab verib.

Xəbər lenti

Xəbər lenti