...

Türkiyə "Eurovison 2012"yə gələcək qonaqlara xidmətin göstərilməsində Azərbaycana yardım etmək üçün təlimlər keçirəcək

Cəmiyyət Materials 1 İyul 2011 17:49 (UTC +04:00)
"Eurovison 2012" mahnı müsabiqəsində iştirak etmək üçün Bakıya gələn xarici qonaqlara yüksək səviyyədə turizm xidmətinin göstərilməsi məqsədilə Türkiyə Azərbaycanın turizm sektorunda çalışan gənclər üçün təlimlər keçirəcək.
Türkiyə "Eurovison 2012"yə gələcək qonaqlara xidmətin göstərilməsində Azərbaycana yardım etmək üçün təlimlər keçirəcək

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İsabalayeva/

"Eurovison 2012" mahnı müsabiqəsində iştirak etmək üçün Bakıya gələn xarici qonaqlara yüksək səviyyədə turizm xidmətinin göstərilməsi məqsədilə Türkiyə Azərbaycanın turizm sektorunda çalışan gənclər üçün təlimlər keçirəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Turizm Yatırımçılar Dərnəyinin sədri Turqut Gur jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda xarici qonaqlara yüksək səviyyədə turizm xidmətinin göstərilməsi məsələsində bır sıra çatışmazlıqlar var.

Azərbaycandakı turizm sektorunda çalışan gənclər beynəlxalq səviyyədə xidmət göstərə bilmirlər. Bunu nəzərə alaraq, Türkiyə tərəfi Azərbaycanda turizm sektorunda çalışan gənclər üçün bu ölkənin İstanbul, Bodrum, Mərmərə, Antalya şəhərlərində ödənişsiz təlimlər keçirəcək.

Turqut Gur bu təlimlərin çox faydalı olacağını da açıqlayıb.

O əlavə edib ki, Bakıda artıq 5 ulduzlu hotellər olduğu üçün 3, 4 ulduzlu biznes, "city-otel"lərə, qış mərkəzlərinə ehtiyac var. Buna görə də bu istiqamətdə işlər görülməlidir.

Xəbər lenti

Xəbər lenti