...

Nazim İbrahimov Dünya azərbaycanlılarının III qurultayı ilə bağlı mətbuatda səslənən iradlara münasibət bildirib

Cəmiyyət Materials 6 İyul 2011 15:19 (UTC +04:00)
Nazim İbrahimov Dünya azərbaycanlılarının III qurultayında İranda yaşayan azərbaycanlıların problemlərinə toxunulmaması ilə bağlı yazılanlara münasibət bildirib.
Nazim İbrahimov Dünya azərbaycanlılarının III qurultayı ilə bağlı mətbuatda səslənən iradlara münasibət bildirib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov Dünya azərbaycanlılarının III qurultayında İranda yaşayan azərbaycanlıların problemlərinə toxunulmaması ilə bağlı yazılanlara münasibət bildirib.

"Mən mətbuatda İran azərbaycanlıları ilə bağlı yazılan iradları qəbul etmirəm", - çərşənbə günü Trend-ə açıqlamasında DİDK sədri bildirib.

"Qurultayda Cənubi Azərbaycandan Avropanın müxtəlif ölkələrinə getmiş çoxlu soydaşlarımız iştirak edirlər və bizim tədbirlərimizdə hər zaman ən yüksək kürsüdə əyləşirlər. Ona görə də bu fikirlər yalnışdır", - İbrahimov əlavə edib.

O, Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbəri Qulamrza Sədri Təbrizinin qurultaya dəvət olunmaması ilə bağlı yazılanlara da münasibət bildirib.

"Biz Qulamrza Təbrizini qurultaya dəvət etmişdik. Lakin o, səhhətindəki problemlərə görə tədbirə qatıla bilməyib", - İbrahimov qeyd edib.

İyulun 5-də Bakıda Dünya azərbaycanlılarının III qurultayı keçirilib. Azərbaycanın bəzi kütləvi informasiya vasitələri qurultayda İran azərbaycanlılarının problemlərinə toxunulmadığı barədə informasiyalar yayıblar.

Xəbər lenti

Xəbər lenti