...

Azərbaycanda Gənc alimlərin I Elm Festivalı keçiriləcək

Cəmiyyət Materials 12 İyul 2011 11:47 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzi Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti ilə birgə iyulun 13-15-də Gənc alimlərin I Elm Festivalını keçirəcək.
Azərbaycanda Gənc alimlərin I Elm Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzi Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti ilə birgə iyulun 13-15-də Gənc alimlərin I Elm Festivalını keçirəcək. Trend-in məlumatına görə, bu barədə Mərkəzdən bildirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin dəstəyi ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş festivalın açılışı 13 iyul saat 14:00-da AMEA Rəyasət Heyətinin binasında olacaq.

Festival çərçivəsində "Gənc alimlərin elmi tədqiqatlarının müasir istiqamətləri" adlı konfrans keçiriləcək. Konfransın birinci günü texniki və təbiət elmləri sahəsində tədqiqat aparan gənc alimlərin təqdimatları, ikinci günü isə humanitar və ictimai elmlər üzrə araşdırmaçıların çıxışları olacaq. Konfransda gənc tarixçi alimlər Səfəvilər dövlətinin 510-cu ildönümünə həsr olunmuş elmi araşdırmaları, həmçinin Qarabağın tarixinə aid tədqiqat işlərini təqdim edəcəklər.

Tədbir çərçivəsində "Beynəlxalq Kimya İli - 2011: nəzəri-eksperimental kimyanın problemləri gənc alimlərin araşdırmalarında" adlı konfrans işinə başlayacaq.

Xəbər lenti

Xəbər lenti