...

ABŞ-da postsovet respublikalarından olan mühacirlərin pensiya almalarına kömək edəcək qanun təqdim olunub

Cəmiyyət Materials 12 İyul 2011 13:26 (UTC +04:00)
Konqresmen Cerrold Nadler keçmiş SSRİ-dən olan və bu gün ABŞ-da yaşayan mühacirlərə ödənilməyən pensiyaların verilməsinin bərpasına kömək etməyi nəzərdə tutan tarixi qanun layihəsi təqdim edib.
ABŞ-da postsovet respublikalarından olan mühacirlərin pensiya almalarına kömək edəcək qanun təqdim olunub

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Keçmiş Sovet İttifaqından olan immiqrantların iri cəmiyyətinin maraqlarının təmsilçisi, amerikalı konqresmen Cerrold Nadler keçmiş SSRİ-dən olan və bu gün ABŞ-da yaşayan mühacirlərə ödənilməyən pensiyaların verilməsinin bərpasına kömək etməyi nəzərdə tutan tarixi qanun layihəsi təqdim edib. Trend-in məlumatına görə, bu barədə konqresmenin rəsmi saytındakı məlumatda deyilir.

"Keçmiş Sovet İttifaqından olan immiqrantlar xeyli müddət ərzində ədalətsiz olaraq zəhmətlə qazanılan pensiyalardan məhrum ediliblər", - Nadler deyib.

Onun sözlərinə görə, burada sadə prinsip işləyir: "Əgər siz onilliklər ərzində işləyirsinizsə və pensiya fonduna haqq ödəyirsinizsə, onda siz harada yaşamağınızdan asılı olmayaraq, sizə vəd olunan pulu almaq hüququna maliksiniz. ABŞ hökuməti rusdilli mühacirlərin zəhmətlə qazandıqları pensiyaların alınması ilə bağlı bizim çoxdankı səylərimizdə birbaşa rol oynayır".

"Keçmiş Sovet İttifaqı ölkələrinə ədalətli pensiya aktı 2011"ə Dövlət Departamenti və Sosial Təminat İdarəsi rəhbərlik edəcək. Onlar SSRİ-nin keçmiş respublikaları ilə işin prioritetlərini müəyyən edəcək və həmin ölkələrdə işləmiş, lakin Birləşmiş Ştatlara mühacirət etmiş şəxslərə pensiyaların ödənilməsi siyasətini təşviq edəcəklər. Hazırda keçmiş Sovet İttifaqından olan on minlərlə mühacir ABŞ-da yaşayır və onlara pensiya ödənilmir. Nadler 2006-cı ildə Bruklində MDB ölkələrindən Mühacir icmasının tərəfdarları cəmiyyətinin xahişi ilə immiqrantlara pensiya ödənişlərinin bərpası üzrə öz səylərinə başlayıb. İndiyə qədər çox az adam 15 keçmiş sovet respublikasından olan və ABŞ-da yaşayan pensiyaçılara pensiya ödəyir.

Xəbər lenti

Xəbər lenti