...

I qrup abituriyentlərinin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal bal aşağı salınıb

Cəmiyyət Materials 12 İyul 2011 18:31 (UTC +04:00)
TQDK Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal balı aşağı salıb.
I qrup abituriyentlərinin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal bal aşağı salınıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal balı aşağı salıb. Bunu Trend-ə çərşənbə axşamı TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, I qrup abituriyentlərinin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal bal əvvəl 250 nəzərdə tutulmuşdu, lakin müasabiqə vəziyyəti nisbətən aşağı olduğu üçün minimal bal 250-dən 200-ə endirilib.

İxtisas seçimində iştirak üçün abituriyentlərin hər bir imtahan fənni istisna olmaqla, qalan 4 fənn üzrə topladığı nisbi bal 10-dan az olmamalıdır.

I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 33 587 abituriyent iştirak etməli olsa da, onlardan 937-si imtahana gəlməyib.

Abituriyentlərdən 60 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub.

Xəbər lenti

Xəbər lenti