...

Bu gün Azərbaycan Turizm İnstitutunun məzunlarına tələbat var - nazir

Cəmiyyət Materials 14 İyul 2011 17:46 (UTC +04:00)
Azərbaycan Turizm İnstitutunun (ATİ) cümə axşamı "Məzun 2011" adlı buraxılış mərasimi keçirilib.
Bu gün Azərbaycan Turizm İnstitutunun məzunlarına tələbat var - nazir

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutunun (ATİ) cümə axşamı "Məzun 2011" adlı buraxılış mərasimi keçirilib. Trend-in məlumatına görə, İnstitutun rektoru Cəfər Cəfərov tədbirdə bildirib ki, bu il ATİ-nin 8 ixtisas üzrə 190 tələbəsi məzun olub.

O qeyd edib ki, məzunlardan 19-u eyni zamanda Avstriyanın "Krems" Tətbiqi Elmlər Universitetinin diplomları ilə təltif olunub.

Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə bildirib ki, ATİ-nin bu məzunlarının buraxılışı turizm sənayesi üçün çox önəmlidir.

Nazir məzunların təyinatının azad olduğunu qeyd edib. "Bu uşaqların böyük əksəriyyəti artıq özünə iş tapıb. Onlara bu gün tələbat var", - Qarayev qeyd edib.

Onun sözlərinə görə, institutun nəzdində yaradılacaq turizm peşə məktəbinin kollektivinin formalaşması üçün məzunların potensialından istifadə etmək nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti